Türkiyədə məşhur iş adamı Şahin Akça qətlə yetirilib.
Oxu24.com
Haberler.com saytına istinadən xəbər verir ki, iş adamı azərbaycanlı tanışı tərəfindən öldülürüb.
Şahin Akça ABŞ-da yaşayıb və hər il istirahət üçün Türkiyəyə gəlirmiş. Onun cəsədi İstanbulun Tekirdağ rayonundakı bağ evində çürümüş halda tapılıb. Polisdə verilən məlumata görə iş adamı boğularaq öldürülüb.
O, sonuncu dəfə S.M. adlı Azərbaycan vətəndaşı ilə telefonla danışıb. Şahin Akça azərbaycanlı tanışı ilə bağ evinə gəlib. Burda isə qətlə yetirilib. Tibb ekspertizanın verdiyi rəyə görə, iş adamı təxminən 15 gün əvvəl öldürülüb.
S.M. hadisədən sonra Türkiyədən qaçıb. Türkiyə hüquq mühafizə orqanları İnterpol xətti ilə Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.
Oxu24.com
ŞƏRHLƏR