Qaynar xətt:

(+99450) 247 90 86

Tovuza yasa gedən qardaşların meyiti tapıldı

Tovuza yasa gedən qardaşların meyiti tapıldı

KRİMİNAL

536

25.10.2024, 10:14

Tovuzda iki qardaş faciəvi şəkildə vəfat edib.

Oxu24.com xəbər verir ki, rayona qonaq gələn şəxslər dəm qazından boğularaq ölüb.

Belə ki, Bakıdan Tovuzun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Səhər saatlarında evdən onların meyiti tapılıb.

Bayramov qardaşlarının dəm qazından ölməsi məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.