Son dəqiqə! Rəis azadlığa çıxdı
04 Sentyabr 2026, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
260
22.10.2024, 14:04
“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinin sifarişçisi, keçmiş rektor Müşfiq Atakişiyev, icraçılar - Samir Quliyev və Dəyanət Quliyevin apellyasiya şikayətlərinə baxılıb.
Oxu24.com ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib
Fərid Əyyubovun sədrlik etdiyi yuxarı instansiya məhkəməsinin hakimləri verilmiş cəzaların qanunauyğun olduğunu elan edilblər.
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib. M. Atakişiyev, S. Quliyev və D. Quliyevin hər biri haqda 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qanuni qüvvəyə minib.
Qeyd edək ki, hadisə 13 il əvvəl - 2011-ci ildə baş verib. İttihamda deyilir ki, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. D. Quliyev isə bu işi qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
18:56 / 04 Sentyabr 2026
16
18:50 / 04 Sentyabr 2026
20
18:45 / 04 Sentyabr 2026
29
18:35 / 04 Sentyabr 2026
30
18:34 / 04 Sentyabr 2026
32
18:30 / 04 Sentyabr 2026
40
18:30 / 04 Sentyabr 2026
39
18:25 / 04 Sentyabr 2026
48
18:23 / 04 Sentyabr 2026
49
18:15 / 04 Sentyabr 2026
48
18:03 / 04 Sentyabr 2026
259
18:00 / 04 Sentyabr 2026
48
17:56 / 04 Sentyabr 2026
139
17:51 / 04 Sentyabr 2026
46
17:35 / 04 Sentyabr 2026
52
17:30 / 04 Sentyabr 2026
55
17:10 / 04 Sentyabr 2026
49
16:55 / 04 Sentyabr 2026
48
16:45 / 04 Sentyabr 2026
64
16:33 / 04 Sentyabr 2026
68
16:30 / 04 Sentyabr 2026
61
16:25 / 04 Sentyabr 2026
229
16:25 / 04 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.