Son dəqiqə! Rəis azadlığa çıxdı
04 Sentyabr 2026, 17:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
219
22.10.2024, 12:05
Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu24.com ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.
Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib. Rəfail Cavadov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldurməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
20:12 / 04 Sentyabr 2026
6
19:55 / 04 Sentyabr 2026
31
19:52 / 04 Sentyabr 2026
29
19:45 / 04 Sentyabr 2026
30
19:40 / 04 Sentyabr 2026
34
19:35 / 04 Sentyabr 2026
42
19:25 / 04 Sentyabr 2026
47
19:10 / 04 Sentyabr 2026
53
18:56 / 04 Sentyabr 2026
60
18:50 / 04 Sentyabr 2026
59
18:45 / 04 Sentyabr 2026
61
18:35 / 04 Sentyabr 2026
58
18:34 / 04 Sentyabr 2026
63
18:30 / 04 Sentyabr 2026
62
18:30 / 04 Sentyabr 2026
60
18:25 / 04 Sentyabr 2026
71
18:23 / 04 Sentyabr 2026
61
18:15 / 04 Sentyabr 2026
63
18:03 / 04 Sentyabr 2026
426
18:00 / 04 Sentyabr 2026
70
17:56 / 04 Sentyabr 2026
169
17:51 / 04 Sentyabr 2026
62
17:35 / 04 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.