Azərbaycanda dəhşətli qətl hadisəsi törədilib.
Oxu24.com Femida.az-a istinadən xəbər verir ki, tükürpədici hadisə Lənkəran rayonunda baş verib. 18 yaşlı gənc oğlan martın 14-də evdən çıxıb və bibisigilə getdiyini bildirib. Bir müddət keçdikdən sonra oğlandan xəbər ala bilməyən valideynlər qohumlarına zəng ediblər. Qohumlar uşağın onlarda olmadığını dedikdən sonra valideynlər polisə məlumat verib. Bir müddət keçəndən sonra məlum olub ki, gənc oğlan meşədə vəhşicəsinə öldürülüb, meyiti isə daş hasarın ətrafında gizlədilib. Cinayətin üstü isə təsadüfən açılıb. Meşəyə odun toplamağa gedən 4 nəfər qadın təsadüfən gənclərin yarımtikilidə toplaşdığını və şübhəli hərəkətlər etdiklərini görüblər. Qadınlar həmin əraziyə yaxınlaşan zaman ərazidə olan 4 nəfər gəncdən 3-ü qaçaraq meşədə gizlənib. Digər bir nəfər isə əraziyə gələn qadınlardan biri Gülçöhrə adlı qadına hücum çəkib və ona xəsarət yetirib. Qadın çətinliklə də olsa polisə məlumat verə bilib. Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı Əkbər artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.
Həmçinin oxu: Azərbaycan Ermənistanı dağıdar -Rus ekspertdən sensasion AÇIQLAMA
Oxu24.com xəbər verir ki, qətlə yetirilən gəncin valideynləri Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" proqramında dəhşətli fikirlər səsləndirib. Gəncin anası Xatirə xanımın dediyinə görə, oğlunu 4 nəfər birlikdə öldürüb. Oğlu 2 gün kimsəsiz ərazidə can verib. Gənc öldükdən sonra meyitə işgəncələr verilib və meşəyə gedən yolda kimsəsiz bir yerdə basdırılıb. Valideynlərin dediyinə görə, övladları öldürüldükdən sonra boynu sındırılıb,sinəsinə xəncər vurulub və meyitə qarşı qeyri-etik hərəkətlər edilib. Qətllə bağlı daha ətraflı videonu təqdim edirik:
Həmçinin oxu:
Azərbaycan Ermənistanı dağıdar -Rus ekspertdən sensasion AÇIQLAMA Oxu24.com
ŞƏRHLƏR