Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12047
az

Telman İsmayılova qarşı cinayət işi açıldı

10:0117 Aprel, 2019
608
  • A
 
İsveçrədə Sürix prokurorluğu “BM-Bank”ın şikayət ərizəsi əsasında Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı cinayət işi açıb.

Bu barədə “Kommersant” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

İsmayılov kreditorların ziyanına aktivlərin ixtisar edilməsi, o cümlədən, israf edilməsi ilə əlaqədar  fırıldaqçılıqda şübhəli bilinir. Yerli qanunvericiliyə görə, bu maddə üzrə təqsirli bilinmiş şəxsi beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.


“BM-Bank”ın (VTB-İF-ə məxsusdur) iddia ərizəsinə görə, 2012-ci ilin sentyabr ayından 2014-cü ilin fevral ayına kimi təşkilat AST şirkətlər qrupuna aid olan və biznesmenə məxsus “Ruslayn 2000” MMC və “Tropicano Finance B.V” şirkətlərinə ümumilikdə 230 milyon dollardan çox məbləğdə üç kredit ayırıb, İsmayılov özü isə kreditlərə zamin durub.

Hazırda kreditlər üzrə 15 milyard rubla yaxın peniya və cərimələr yığılıb. İsmayılov müflis elan edilib, əmlak isə hərraca çıxarılmalıdır.

Bundan əvvəl “BM-Bank” İsmayılova aid “Praqa” restoranı, “Tropikano” biznes mərkəzi, “AST” ticarət mərkəzi və Moskvanın Kutuzov prospektində yerləşən iki mənzili özününküləşdirib. Bundan başqa, ABŞ-da onun “Craig Valley Plaza” ticarət mərkəzinə həbs qoyulub.

Şikayətçi kreditor əmin edir ki, İsmayılov kredit vəsaitlərinin bir hissəsini İsveçrəyə göndərib, öz aktivlərini isə bir neçə yerli şirkət və fiziki şəxsin adına rəsmiləşdirib. Prokurorluq hazırda bu faktı araşdırır.

Biznesmenin yaxınları İsmayılovun İsveçrədə aktivlərinin olmadığını bildirir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu