Qaynar xətt:

(+99450) 247 90 86

Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 47 nəfər saxlanıldı

KRİMİNAL

253

23.09.2024, 12:13

Sentyabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.