Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
23 Noyabr 2026, 10:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
269
19.09.2024, 16:59
Azərbaycanın dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində qaçaqmalçılığa qarşı mübarizə sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sentyabr ayının 10-da saat 01:37-də Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum üzmə vasitəsi aşkar olunub.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilib, sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb və təqibetmə əməliyyatına başlanılıb.
Sərhəd pozucusu üzmə vasitəsinin bortunda olan naməlum əşyanı dənizə atıb, ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhəd gəmisi tərəfindən xəbərdarlıq atəşi açılıb.
Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozaraq Azərbaycana ərazisinə keçməyə cəhd göstərən İran vətəndaşı 1995-ci il təvəllüdlü Bəhnam Bəndə Muhamməd saxlanılıb.
Axtarış tədbirlərinin davamı olaraq sərhəd pozucusunun təqibetmə əməliyyatı zamanı dənizə atdığı 2098 qutu “Manchester Nano Black” markalı siqaret aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
10:34 / 23 Noyabr 2026
1
10:33 / 23 Noyabr 2026
10
10:29 / 23 Noyabr 2026
30
10:26 / 23 Noyabr 2026
42
10:24 / 23 Noyabr 2026
44
10:18 / 23 Noyabr 2026
43
10:10 / 23 Noyabr 2026
253
10:03 / 23 Noyabr 2026
70
09:57 / 23 Noyabr 2026
72
09:53 / 23 Noyabr 2026
78
09:46 / 23 Noyabr 2026
77
09:39 / 23 Noyabr 2026
125
09:35 / 23 Noyabr 2026
87
09:31 / 23 Noyabr 2026
184
09:19 / 23 Noyabr 2026
83
08:47 / 23 Noyabr 2026
694
08:32 / 23 Noyabr 2026
122
08:24 / 23 Noyabr 2026
107
00:24 / 23 Noyabr 2026
207
00:11 / 23 Noyabr 2026
249
23:56 / 22 Noyabr 2026
204
23:43 / 22 Noyabr 2026
726
23:28 / 22 Noyabr 2026
707
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.