Ağac kəsən şəxslərə cinayət işi açıldı
20 Aprel 2026, 14:48
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
237
17.09.2024, 14:29
Ötən il Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı Omarşa Kərimova hökm oxunub.
Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi O.Kərimovu Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib.
Bildirilib ki, O.Kərimov hadisə vaxtı “Schmitz” markalı TIR-la İrandan Rusiyaya 19 ton gilas aparırmış. O, Ələt-Astara yolunun Salyandan keçən hissəsində hərəkətdə olarkən idarə etdiyi yük maşını Məhərrəm Fərziyevin sürdüyü “VAZ 2105” markalı avtomobillə toqquşub. Nəticədə M.Fərziyev, həyat yoldaşı Xanım Fərziyeva və qardaşı İlqar Fərziyev vəfat edib. Onlar Lənkəranda toyda iştirak edib Bakıya qayıdırmışlar.
Həmçinin oxuyun
O da məlum olub ki, qəzada vəfat edən Məhərrəm Fərziyev Müdafiə Nazirliyinin pensiyaya çıxmış polkovniki olub. Ehtiyatda olan zabit “Sabit” mühafizə şirkətində baş inspektor vəzifəsində çalışırmış. Mərhumun yaxınları məhkəmə iclasında hadisənin qəsdən törədildiyini, qəzadan sonra M.Fərziyevin qətlə yetirildiyini iddia ediblər. Onlar bunu M.Fərziyevin nəşinin qəza baş verən yerdən bir qədər aralıda tapılması ilə izah ediblər. Lakin bu iddialar məhkəmə istintaqı tərəfindən qəbul edilməyib.
Məhkəmənin 13 sentyabr tarixli hökmü ilə qəzanı törədən Omraşa Kərimova 9 il həbs cəzası verilib. Onun əlavə olaraq 4 il nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.
17:49 / 20 Aprel 2026
3
17:45 / 20 Aprel 2026
16
17:05 / 20 Aprel 2026
28
17:00 / 20 Aprel 2026
36
16:49 / 20 Aprel 2026
240
16:41 / 20 Aprel 2026
45
16:40 / 20 Aprel 2026
59
16:28 / 20 Aprel 2026
380
16:24 / 20 Aprel 2026
140
16:16 / 20 Aprel 2026
57
16:13 / 20 Aprel 2026
58
15:53 / 20 Aprel 2026
68
15:41 / 20 Aprel 2026
75
15:31 / 20 Aprel 2026
313
15:29 / 20 Aprel 2026
61
15:16 / 20 Aprel 2026
217
15:11 / 20 Aprel 2026
65
14:53 / 20 Aprel 2026
411
14:48 / 20 Aprel 2026
80
14:39 / 20 Aprel 2026
122
14:28 / 20 Aprel 2026
532
14:21 / 20 Aprel 2026
244
14:06 / 20 Aprel 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.