Polis bu rayonda əməliyyat keçirib
08 Sentyabr 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
317
05.09.2024, 16:13
İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonunun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanmışdır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə Əlişir Süleymanovun xidməti vəzifələrinin icrası ilə bağlı İsmayıllı şəhəri ərazisində yerləşən qeyri-yaşayış sahələrində müvafiq tikinti işlərinin aparılmasına maneə yaradılmaması və işlərin davam etdirilməsinə şərait yaradılmaqla himayədarlıq göstərilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməsinə və almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, Cahangir Surxayevin vəzifə səlahiyyətlərini aşaraq ona müraciət etmiş şəxsə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin saxta sənədlərin tərtib edilməsi yolu ilə icarəyə verilməsi müqabilində həmin şəxsdən hissə-hissə olmaqla külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Cinayət işləri üzrə toplanmış ilkin sübutlar əsasında Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ə.Süleymanov 1992-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif hərbi vəzifələr üzrə xidmət edib. O, 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
11:32 / 08 Sentyabr 2026
61
11:30 / 08 Sentyabr 2026
23
11:28 / 08 Sentyabr 2026
23
11:20 / 08 Sentyabr 2026
27
11:10 / 08 Sentyabr 2026
38
11:09 / 08 Sentyabr 2026
48
11:05 / 08 Sentyabr 2026
48
11:04 / 08 Sentyabr 2026
55
11:00 / 08 Sentyabr 2026
43
10:55 / 08 Sentyabr 2026
43
10:47 / 08 Sentyabr 2026
313
10:46 / 08 Sentyabr 2026
44
10:36 / 08 Sentyabr 2026
47
10:27 / 08 Sentyabr 2026
49
10:24 / 08 Sentyabr 2026
51
10:16 / 08 Sentyabr 2026
56
10:15 / 08 Sentyabr 2026
52
10:02 / 08 Sentyabr 2026
228
09:23 / 08 Sentyabr 2026
198
09:18 / 08 Sentyabr 2026
186
09:17 / 08 Sentyabr 2026
54
09:15 / 08 Sentyabr 2026
62
00:20 / 08 Sentyabr 2026
238
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.