Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
08 Sentyabr 2026, 12:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
323
04.09.2024, 16:57
Prokurorluq bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı hökmdən protest verib.
Oxu24.com Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Məhkəmənin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib. Qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilib.
Qeyd edək ki, A.İsmayılov 1 milyon 200 min manatlıq dələduzluqda ittiham olunub. Belə ki, o, xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub. İş üzrə 8 zərərçəkən şəxs olub. Azər İsmayılov həmin şəxslərin etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.
A. İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarıb.
12:15 / 08 Sentyabr 2026
15
12:14 / 08 Sentyabr 2026
15
12:10 / 08 Sentyabr 2026
28
12:05 / 08 Sentyabr 2026
30
12:00 / 08 Sentyabr 2026
34
11:45 / 08 Sentyabr 2026
45
11:32 / 08 Sentyabr 2026
297
11:30 / 08 Sentyabr 2026
51
11:28 / 08 Sentyabr 2026
51
11:20 / 08 Sentyabr 2026
56
11:10 / 08 Sentyabr 2026
60
11:09 / 08 Sentyabr 2026
57
11:05 / 08 Sentyabr 2026
62
11:04 / 08 Sentyabr 2026
73
11:00 / 08 Sentyabr 2026
55
10:55 / 08 Sentyabr 2026
53
10:47 / 08 Sentyabr 2026
346
10:46 / 08 Sentyabr 2026
50
10:36 / 08 Sentyabr 2026
55
10:27 / 08 Sentyabr 2026
52
10:24 / 08 Sentyabr 2026
58
10:16 / 08 Sentyabr 2026
63
10:15 / 08 Sentyabr 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.