Qaynar xətt:

(+99450) 247 90 86

Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var

Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var

KRİMİNAL

451

01.09.2024, 09:19

Zaqatalada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan OXU24.COM-a bildirilib ki, avqustun 31-də saat 20 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində "Mercedes" və "BMW" markalı iki avtomobil toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1964-cü il təvəllüdlü S.Abbasova sınıq xəsarəti alıb, xəstəxanaya müraciət edən digər beş nəfərə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.