Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda evdən 39 ədəd çaydan oğurlandı

Bakıda evdən 39 ədəd çaydan oğurlandı

KRİMİNAL

252

28.08.2024, 15:28

Avqustun 27-də Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən evlərin birindən 3120 manat dəyərində 39 ədəd elektrik çaydanının oğurlanması barədə Nərimanov RPİ 17-ci Polis Şöbəsinə məlumat daxil olub. 

Oxu24.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ö.Abdullayev və 2 yetkinlik yaşına çatmayan şəxs müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.