Bakının Sabunçu və Binəqədi rayonlarında bıçaqlanma hadisələri qeydə alınıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, avqustun 25-də saat 23 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evlərin birindən 1997-ci il təvəllüdlü Zöhrab Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Qurban Muradov saxlanılıb.
Avqustun 26-da gecə saat 1 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazində 1991-ci il təvəllüdlü Namiq Behbudova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən Rahiz Məmmədov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Hər iki fakt üzrə araşdırma aparılır.
ŞƏRHLƏR