Tanınmış tiktoker həbs olundu
25 Aprel 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
238
22.08.2024, 16:57
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun hökmü ilə bağlı yenidən məhkəməyə müraciət edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Çovdarovla bağlı illər əvvəlki hökmdən keçmiş polis əməkdaşı Neman Kərimov şikayətçidir.
2015-ci ildə N.Kərimov A.Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdı. İttihamda yazılırdı ki, N.Kərimov və dayısı oğlu Elçin Mövsümov “Elit” hotelində iki qızla qalarkən MTN əməkdaşları basqın edərək onları nazirliyə aparıblar. MTN-də ona Sevinc Rüstəmova adlı şəxsə 30 min manat borcu olduğunu deyiblər. İdarə rəisi Çovdarov onu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib, sonradan 80 minə razılaşıblar. Həmin pulun 20 min manatı Sevinc Rüstəmovaya verilib, 60 mini isə hədə-qorxu ilə tələb etməklə ələ keçirilib. Kərimov özü isə pulu verdikdən sonra sərbəst buraxılıb.
Həmçinin oxuyun
Zərərçəkmiş əvvəllər ona dəymiş maddi və mənəvi ziyana görə Akif Çovdarov və polkovnik Səlim Məmmədovdan təzminat tələb etsə də, məhkəmə onun iddiasını təmin etməyib.
9 il sonra, bu günlərdə Neman Kərimov ona geri ödənilməmiş 60 min manat ziyanın qaytarılması tələbi ilə apellyasiya şikayəti verib. Onun niyə görə bu qədər müddət sonra pulunun arxasınca düşməsinin səbəbi bilinmir.
Qeyd edək ki, A.Çovdarov 2017-ci ildə 12 il azadlıqdan məhrum edilib. O, bir neçə il sonra əfv edilib. General rütbəsindən məhrum edilən Çovdarovun 30 milyonluq əmlakı da bu yaxınlarda müsadirə edilib.
11:31 / 26 Aprel 2026
46
11:29 / 26 Aprel 2026
34
00:36 / 26 Aprel 2026
184
00:19 / 26 Aprel 2026
252
23:40 / 25 Aprel 2026
149
23:22 / 25 Aprel 2026
166
23:11 / 25 Aprel 2026
144
22:39 / 25 Aprel 2026
253
22:26 / 25 Aprel 2026
148
22:06 / 25 Aprel 2026
212
21:58 / 25 Aprel 2026
232
21:47 / 25 Aprel 2026
136
21:19 / 25 Aprel 2026
164
20:56 / 25 Aprel 2026
208
20:35 / 25 Aprel 2026
207
20:20 / 25 Aprel 2026
291
20:06 / 25 Aprel 2026
178
19:42 / 25 Aprel 2026
152
19:28 / 25 Aprel 2026
165
19:03 / 25 Aprel 2026
153
18:53 / 25 Aprel 2026
156
18:18 / 25 Aprel 2026
186
18:09 / 25 Aprel 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.