Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
14 Mart 2025, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
155
20.08.2024, 13:26
2023-cü il iyunun 24-də Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
2003-cü il təvəllüdlü Hikmət Kərimov bıçaq yaraları ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları, məhkəmə-tibbi ekspertinin iştirakı ilə meyitə baxış keçiriblər.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları həmin gecə Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Fateh Məmmədovu saxlayıblar.
Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi olub və bir neçə ay əvvəl telefon alqı-satqısı mağazasında işləməyə başlayıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, iyunun 23-də saat 22 radələrində Fateh Məmmədov İsmayıl Hidayətzadə küçəsində tanışları Samir Hüseynli və Elşən Məmmədovla birlikdə dayanan zaman, digər tanışı Hikmət Kərimovun həmin ərazidən keçdiyini görüb. Bir gün əvvəl aralarında yaranmış sözlü mübahisə zamanı Kərimovun onun ünvanına işlətdiyi söyüşü bəhanə edərək ona dayanmasını bildirib. Üzərində gəzdirdiyi məişət təyinatlı bıçağı çıxarıb, ictimai yerdə Hikmətin bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. Yaralının qaçdığını görəndə əlində bıçaqla onu təqib edib. 7 nömrəli binanın qarşısında yerə yıxılan şəxsə çatıb. Ona əlavə xəsarət yetirmək istəsə də, arxasınca gələn qonşusu Sarvan Hüseynov fəal müdaxilə edərək, bunu əngəlləyib.
İş üzrə dindirilən Fateh Məmmədov bildirib ki, qonşuluqda yaşayan Hikmət Kərimovla münasibəti yaxşı olub və hər ikisi narkotik vasitələrdən istifadə ediblər:
"Axırıncı dəfə Hikmətlə hadisədən bir gün əvvəl saat 23:00 radələrində məhəllədə görüşdük. Marixuana çəkəndən sonra qalan narkotik vasitəni cibimə qoydum. Hikmət bunu hörmətsizlik kimi qəbul edərək mənə irad bildirdi. Tanışıma səhv fikirdə olduğunu deyəndə aramızda mübahisə yarandı. Narkotik vasitəni qaytarmaq istəyəndə, Hikmət məni söyərək çıxıb getməyimi tələb etdi və boğazımdan tutub itələdi.
Fateh Məmmədov
Yoldan keçən tanımadığım iki nəfər yaxınlaşıb bizi ayırdı. Hikmətin kənar şəxslərin yanında söyüş söyməsindən çox əsəbiləşdim. Narkotik maddəni istifadə etdikdən sonra evimə gedib yatdım. İyunun 23-də Hikmətlə görüşərək söhbətə aydınlıq gətirmək istədim. Evdən çıxanda mətbəx bıçağını götürüb şalvarımın kəmərinə keçirdim. Hikmətin saat 22 radələrində işdən evə gəldiyini bildiyim üçün, təxminən bir saat onun yaşadığı məhəllənin girişində dayandım. Saat 21:30-da tanışlarım Elşən, Əlimuxtar, Kənan və Samir yanıma yaxınlaşanda, onlara "çıxıb getmələrini, işim olduğunu" dedim. Bir azdan Hikmətin gəldiyini görəndə bıçağı çıxarıb onun üzərinə getdim və ona zərbələr vurdum. Samir və Elşən araya girib bizi ayırmağa çalışdılar. Hikmət əlimdən qaçsa da, qısa məsafədən sonra yerə yıxıldı".
Həmçinin oxuyun
Hikmət Kərimov
Zərərçəkmiş şəxsin hüquqi varisi İlham Kərimov ifadəsində göstərib ki, saat 22:00 radələrində arvadı ona zəng edərək, Hikmətin bıçaqlandığını xəbər verib:
"Məhəlləyə çatanda, artıq küçədə polis əməkdaşlarını və insanların toplaşdığını gördüm. Oğlum Hikmət idmançı idi və heç vaxt narkotik vasitələr qəbul etməyib. Mümkün deyil ki, o, Fateh Məmmədova narkotik maddə versin və aralarında bununla bağlı dava baş versin. Mənə verilən məlumata görə, oğlumu məhəlləyə qonşuluqda yaşayan Samir çağırıb. Bundan sonra Fateh Hikmətə bıçaqla xəsarətlər yetirib".
Şahid Sarvan Hüseynov bildirib ki, iyunun 23-də yaşadığı evin qarşısında velosiped düzəldərkən küçədən qışqırıq səsləri eşidib:
"Qabaqda Hikmətin, arxasınca Fatehin və Elşənin qaçdığını gördüm. Dava baş verdiyini düşünüb velosipedlə onların arxasınca getdim. Mağazanın yanında Hikmətin yerə yıxıldığını, Fatehin isə əlində bıçaqla onun üzərinə getdiyini görüb onun qarşısına keçdim. Fateh əvvəlcə məni tanımadığı üçün "yaxın gəlməməyimi və vuracağını" deyib qışqıranda sağ əlindən tutaraq, Sarvan olduğumu bildirdim. Bu zaman Fateh məni tanıdı. Hikmətin qarnından qan gəldiyini gördüm. Köynəyimi çıxarıb Hikmətin yarasını sıxdım. Elşən və Rüfətlə birlikdə yaralını avtomobilə yerləşdirdik. "Montin" qəsəbəsində yerləşən özəl klinikalar Hikməti qəbul etmədi. Kliniki Tibbi Mərkəzdə onu xərəyə qoyaraq əməliyyata apardıq, amma bir müddət sonra onun öldüyü barədə məlumat verildi".
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanuna uyğun cəza təyin edilməsini xahiş edib. Son sözündə Fateh Məmmədov əməlindən peşman olduğunu bildirib.
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Fateh Məmmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
5
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
5
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
22
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
23
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
92
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
97
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
128
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
114
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1549
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
156
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
124
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
137
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
141
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
146
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
145
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
146
19:18 / 14 Mart 2025
Süd istehsal edən qadın — VİDEO
325
18:53 / 14 Mart 2025
NATO üzv ölkələrin hərbi potensialını artırmaq niyyətindədir
141
18:47 / 14 Mart 2025
Qadının ağciyərindən tikiş iynəsi çıxarıldı
129
18:25 / 14 Mart 2025
Bakıda 1 milyonluq narkotiklə tutulan şəxs kimdir? — FOTO+VİDEO
686
18:20 / 14 Mart 2025
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
169
18:18 / 14 Mart 2025
Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
154
18:11 / 14 Mart 2025
Arayik Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistan ordusu baş qərargah rəisindən aldığını bildirib
161
17:59 / 14 Mart 2025
Trampın nümayəndəsi Putinlə nə danışıb?
144
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.