Zəlimxan Yusupov həbs edildi
08 Sentyabr 2026, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
329
20.08.2024, 13:12
Mingəçevirdə qadının oğlu tərəfindən qətlə yetirilməsinin bəzi detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı Rəşad Çıraqov anası, 45 yaşlı Natella Çıraqovanı qısqanclıq zəminində qətlə yetirib.
Hadisə onların birlikdə yaşadıqları evdə gecə saatlarında baş verib.
Məlumatlara görə, N.Çıraqova ərindən boşanıbmış. O, süpürgəçi işləyirmiş.
08:08
Avqustun 20-də 5 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Natella Tapdıq qızı Çıraqovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, N.Çıraqovanın oğlu 2003-cü il təvəllüdlü Rəşad Xalid oğlu Çıraqov polis əməkdaşları tərəfindən saxlanılıb.
Mingəçevir Şəhər Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.
21:25 / 08 Sentyabr 2026
16
21:19 / 08 Sentyabr 2026
1
21:01 / 08 Sentyabr 2026
43
21:00 / 08 Sentyabr 2026
55
21:00 / 08 Sentyabr 2026
38
20:50 / 08 Sentyabr 2026
51
20:48 / 08 Sentyabr 2026
41
20:40 / 08 Sentyabr 2026
45
20:39 / 08 Sentyabr 2026
65
20:25 / 08 Sentyabr 2026
141
20:23 / 08 Sentyabr 2026
52
20:20 / 08 Sentyabr 2026
54
20:10 / 08 Sentyabr 2026
67
20:05 / 08 Sentyabr 2026
57
20:03 / 08 Sentyabr 2026
66
18:50 / 08 Sentyabr 2026
75
18:44 / 08 Sentyabr 2026
724
18:22 / 08 Sentyabr 2026
813
18:16 / 08 Sentyabr 2026
79
18:15 / 08 Sentyabr 2026
107
18:11 / 08 Sentyabr 2026
67
18:09 / 08 Sentyabr 2026
64
17:59 / 08 Sentyabr 2026
373
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.