Zəlimxan Yusupov həbs edildi
08 Sentyabr 2026, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
339
20.08.2024, 09:12
Astarada 77 yaşlı tibb bacısı Zeynəb Əziz qızı Məmmədovanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov 13 il, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov 18 il 6 ay və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayət hadisəsi ötən ilin noyabrın 10-da baş verib. Cinayətkar qrup üzvləri Astara rayonu Kakalos kənd sakini Zeynəb Məmmədovanın evinə basqın ediblər. Onlar yaşlı və ağır ürək xəstəsi olan qadının əl-qolunu, eləcə də ağız və burnunu yapışqan lentlə bağlayıblar.
Cinayətkarlar evdən 475 manat pul, 1 338 və 362 manat dəyərində qızıl üzüklər, eləcə də zərərçəkənin qulağında olan dəyəri 466 manat qiymətləndirilən qızıl sırğanı aparıblar. Hadisə yerindən uzaqlaşdıqdan sonra, Z. Məmmədovanın tənəffüs yollarının yapışqan lentlə bağlı qalması və ona yetirilən xəsarətlər qadının ölümünə səbəb olub.
Qeyd edək ki, Z. Məmmədova evdə tək yaşayırmış.
21:43 / 08 Sentyabr 2026
1
21:25 / 08 Sentyabr 2026
25
21:19 / 08 Sentyabr 2026
16
21:01 / 08 Sentyabr 2026
48
21:00 / 08 Sentyabr 2026
59
21:00 / 08 Sentyabr 2026
43
20:50 / 08 Sentyabr 2026
55
20:48 / 08 Sentyabr 2026
43
20:40 / 08 Sentyabr 2026
46
20:39 / 08 Sentyabr 2026
67
20:25 / 08 Sentyabr 2026
152
20:23 / 08 Sentyabr 2026
53
20:20 / 08 Sentyabr 2026
55
20:10 / 08 Sentyabr 2026
68
20:05 / 08 Sentyabr 2026
60
20:03 / 08 Sentyabr 2026
67
18:50 / 08 Sentyabr 2026
75
18:44 / 08 Sentyabr 2026
731
18:22 / 08 Sentyabr 2026
869
18:16 / 08 Sentyabr 2026
80
18:15 / 08 Sentyabr 2026
107
18:11 / 08 Sentyabr 2026
67
18:09 / 08 Sentyabr 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.