Qaynar xətt:

(+99450) 247 90 86

Maskalı şəxslər Təranə Əliyevanın evinə BASQIN ETDİLƏR

Maskalı şəxslər Təranə Əliyevanın evinə BASQIN ETDİLƏR

KRİMİNAL

425

16.08.2024, 00:08

Ağstafa rayonunun Poylu qəsəbəsində maskalı şəxslər tərəfindən evə basqın olub.

OXU24.COM xəbər verir ki, yerli sakin Təranə Əliyevaya məxsus evdən pul oğurlayan naməlum şəxslər ərazidən uzaqlaşıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.

İddialara görə, T.Əliyeva rayonda sələmçi kimi tanınır.