Qaynar xətt:

(+99450) 247 90 86

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

KRİMİNAL

332

14.08.2024, 10:14

Avqustun 13-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.