Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 75 yaşlı qadın evində döyülüb, soyğunçuluq edilib

Bakıda 75 yaşlı qadın evində döyülüb, soyğunçuluq edilib

KRİMİNAL

314

23.07.2024, 14:51

Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, polisə müraciət edən 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını talamasını bildirib.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Adil Behbudov müəyyən olunaraq saxlanılıb.

Ondan marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.