Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir
24 Noyabr 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
401
23.07.2024, 14:26
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23.07.2024-cü il tarixində saat 01:15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən bıçaqlanma səbəbilə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Nəticədə 3 nəfər xəsarət alıb.
2020-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) saat 01:50 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Azyaşlıya zəruri tibbi xidmət göstərildikdən sonra cərrahi profilli Reanimasiya şöbəsinə hospitalizasiya edilib. Vəziyyəti ağır stabil qiymətləndirilir.
Xəsarət alan 10 yaşlı uşaq (kişi cinsli) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Xəsarət alan 50 yaşlı şəxs (kişi cinsli) qarının ön divarının və sol topuğun kəsilmiş yaraları diaqnozu ilə polis müşayiəti altında Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Aparılan zəruri tibbi xidmətlərə baxmayaraq, saat 03:35 radələrində ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, iyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.
20:20 / 24 Noyabr 2026
34
20:05 / 24 Noyabr 2026
62
20:02 / 24 Noyabr 2026
57
19:57 / 24 Noyabr 2026
151
19:47 / 24 Noyabr 2026
91
19:39 / 24 Noyabr 2026
88
19:34 / 24 Noyabr 2026
83
19:30 / 24 Noyabr 2026
92
19:26 / 24 Noyabr 2026
151
19:05 / 24 Noyabr 2026
116
18:53 / 24 Noyabr 2026
100
18:50 / 24 Noyabr 2026
139
18:44 / 24 Noyabr 2026
525
18:41 / 24 Noyabr 2026
106
18:37 / 24 Noyabr 2026
104
18:32 / 24 Noyabr 2026
132
18:24 / 24 Noyabr 2026
102
18:19 / 24 Noyabr 2026
103
18:13 / 24 Noyabr 2026
142
18:08 / 24 Noyabr 2026
270
18:04 / 24 Noyabr 2026
113
17:58 / 24 Noyabr 2026
109
17:55 / 24 Noyabr 2026
1594
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.