Qaynar xətt:

(+99450) 247 90 86

Əhmədin ifadəsi məlum oldu

Əhmədin ifadəsi məlum oldu

KRİMİNAL

284

13.06.2024, 15:26

İlin ən dəhşətli cinayət hadisəsinin ilkin istintaqı tamamlanıb. Söhbət ikisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun işindən gedir. Məlum olduğu kimi, ekspert rəyləri ilə Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübut edilib. Rəydə yazılıb ki, təqsirləndirilən şəxsin psixoloji vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Rəyə əsasən, Əhməd hadisəni törətdikdən dərhal sonra şübhəli şəxs qismində müstəntiqə ifadə verib, ailəsini öldürməsindən danışıb.

Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, istintaqla Əhmədin uşaqlıqdan psixoloji durumunun normal olmadığı, şizofreniyadan əziyyət çəkdiyi sübut edilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Amma yaxınlarının köməkliyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

“Məni ailədən saymırdılar, buna görə nifrət hissi yaranmışdı”

Əhməd ilk ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini onu ailədən saymamaları, diqqət göstərməmələri ilə əlaqələndirib. Dediyinə görə, ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayırmış. Tək yaşadığı üçün ailəsi ilə normal münasibəti olmayıb.

Amma hadisə günü atası onu evə gətiribmiş. Mehman Əhmədov (atası) səhər yeməyi hazırlayan vaxt Əhməd qəfil onu öldürmək fikrinə düşüb: “Evdə atam və mən var idim. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə dəfə zərbə vurdum. Öləndən sonra isə onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Bundan sonra maşına minib birbaşa bacım Elmiranın evinə getdim. Suraxanı rayonunda yaşayırdı. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm”.

Qarşısına bütün ailəsini öldürmək məqsədi qoyan Əhməd azyaşlı bacısı qızını da eyni üsulla həyatından edib. Bundan sonra o, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.

Marketdən çıxdıqdan sonra isə anası ilə qardaşı Məhəmmədin evə gəldiyini görüb. Əhməd həmin vaxt yaxınlıqdakı mağazadan 20 manata balta alıb, hadisəni həmin balta ilə törədib:

“Balta ilə əvvəl anamı, sonra da qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm. Həmin vaxt ərazidə polis əməkdaşları var idi. Özümü şübhəli apardığım üçün məni tutdular. Atam, anam və bacımın məni ailədən saymamaları, diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı. Qardaşımın və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüyüm üçün onları da öldürdüm ki, rahatlıq tapım. Bundan əlavə, daxilimdən gələn səs də onları öldürməli olduğumu deyirdi”.

Əhməd anasını öldürərkən qonşuluqdakı qadın şahid olub. Əhməd qadını təhqir edərək yaxın durmamasını əmr edib. Qonşu qadın evə qaçaraq polisə məlumat verib. 

Zərərçəkmiş şəxslərdən birinin yaxınının istintaqa verdiyi ifadəsində bir məqam da diqqət çəkir. İfadədə deyilir ki, hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də bu səbəbdən görüşübmüş.

Məlumat üçün deyək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib. Ekspert rəyi ilə anlaqsız olduğu sübut olunan Əhməd məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz şəxs kimi tanınıb. Bu səbəbdən onun yaxınlarından biri hüquqi varisi kimi tanınıb. 

Qeyd edək ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Prokurorluq Əhməd Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərib.

Ağır qəza: Yaralılar var

21:50 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Ağır qəza: Yaralılar var

70

0
15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

21:35 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

89

0
Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

21:30 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

122

0
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

21:27 / 10 Sentyabr 2026

DÜNYA DÜNYA

İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

64

0
Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

21:20 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

79

0
Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

21:16 / 10 Sentyabr 2026

TİBB TİBB

Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

78

0
Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

21:15 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

80

0
Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

21:06 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

82

0
Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

20:51 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

129

0
“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

20:50 / 10 Sentyabr 2026

TİBB TİBB

“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

77

0
Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

20:40 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

76

0
Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

20:38 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

721

0