Qaynar xətt:

(+99450) 247 90 86

14 il direktor işləyən qadın 995 min manat mənimsəyib

14 il direktor işləyən qadın 995 min manat mənimsəyib

KRİMİNAL

287

12.06.2024, 16:27

Gədəbəy rayonu, Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləmiş Şərifova Təranə Mikayıl qızının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla Təranə Şərifovanın sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsində işlədiyi 2008-2022-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək faktiki olaraq işə çıxmayan müəllimlərə əməkhaqqı hesablatmaqla onlara məxsus kart hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmasına, habelə bəzi müəllimlərə artıq dərs saatları təhkim edərək onlara hesablanmış aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edib almasına, bununla da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 995 min manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq dövründə vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus əmlakların üzərinə həbs qoyulub.

Toplanmış sübutlar əsasında Təranə Şərifovaya Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, onun yaşı nəzərə alınmaqla barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, həmçinin məhkəmənin qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ağır qəza: Yaralılar var

21:50 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Ağır qəza: Yaralılar var

70

0
15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

21:35 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

89

0
Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

21:30 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

122

0
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

21:27 / 10 Sentyabr 2026

DÜNYA DÜNYA

İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

64

0
Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

21:20 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

79

0
Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

21:16 / 10 Sentyabr 2026

TİBB TİBB

Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

78

0
Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

21:15 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

80

0
Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

21:06 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

82

0
Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

20:51 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

129

0
“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

20:50 / 10 Sentyabr 2026

TİBB TİBB

“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

77

0
Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

20:40 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

76

0
Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

20:38 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

721

0