Qəzada ölən kimdir? - Dəhşətli video
13 Sentyabr 2026, 09:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
334
16.05.2024, 20:28
Cəzaçəkmə müəssisəsində iki məhkum arasındakı dava birinin ağır xəsarət alması ilə sonlanıb.
Hadisə ötən il Qaradağ rayonu ərazisində yerləşən “zon”ların birində baş verib.
İstintaq materiallarına əsasən, əlbəyaxa dava uzun illərdir həbsdə olan Azər Şaliyev və Şəhriyar Baxışəliyev arasında olub.
Bu iş üzrə təqsirləndirilən şəxs isə Şaliyevdir. O, Baxışəliyevlə eyni yataqxanada saxlanılıb, bir-birilərini tanıyıblar. Günlərin birində onların arasında mübahisə yaranıb.

Hadisəyə səbəb isə məhkum Baxşəliyevin Şaliyevin dolabında saxladığı şəxsi kitabçaya icazəsiz baxması olub. Şaliyev məhkum yoldaşını öldürmək məqsədilə boğaz nahiyəsini arxa tərəfdən ülgüclə kəsib. Baxşəliyev yaralı halda xəstəxanaya yerləşdirilib.

Bu əməlinə görə həmin şəxsə Cinayət Məcəlləsinin 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, Şaliyev 10 il əvvəl quldurluq, xuliqanlıq və narkotik dövriyyəsində təqsirli bilinərək 13 il azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzasının bitməsinə cəmi 3 il qalmışdı. Bu maddə ilə təqsirli bilinərsə, ömrünün daha bir neçə ilini həbsdə keçirməli olacaq.
Zərərçəkmiş Şəhriyar Baxışəliyev də təxminən 10 il əvvəl qəsdən adam öldürdüyünə görə 13 il azadlıqdan məhrum edilib.
10:02 / 13 Sentyabr 2026
1
09:50 / 13 Sentyabr 2026
46
09:19 / 13 Sentyabr 2026
239
08:58 / 13 Sentyabr 2026
259
08:35 / 13 Sentyabr 2026
99
08:07 / 13 Sentyabr 2026
200
00:51 / 13 Sentyabr 2026
101
00:35 / 13 Sentyabr 2026
612
00:14 / 13 Sentyabr 2026
1517
00:06 / 13 Sentyabr 2026
588
23:49 / 12 Sentyabr 2026
115
23:38 / 12 Sentyabr 2026
196
23:34 / 12 Sentyabr 2026
173
23:31 / 12 Sentyabr 2026
104
22:35 / 12 Sentyabr 2026
111
22:31 / 12 Sentyabr 2026
95
22:26 / 12 Sentyabr 2026
234
22:25 / 12 Sentyabr 2026
362
22:22 / 12 Sentyabr 2026
131
22:14 / 12 Sentyabr 2026
127
22:13 / 12 Sentyabr 2026
932
22:02 / 12 Sentyabr 2026
1216
21:52 / 12 Sentyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.