Qaynar xətt:

(+99450) 247 90 86

Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı

KRİMİNAL

247

14.05.2024, 11:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mayın 13-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.