Təcili!Əhdi həbs olundu:Cinayət işi açılıb
13 Sentyabr 2026, 14:52
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
379
13.05.2024, 16:34
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Nəbiyev Hümbət Nizami oğlu və vətəndaş Əsgərov Xəlil Ənvər oğlunun hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına yol vermələri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işlərinin istintaqı yekunlaşıb.
Oxu24.com xəbər verir ki, istintaqla Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində təkrarən külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Digər cinayət işi üzrə isə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin müəyyən hissəsini qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.
Hər iki cinayət işi üzrə toplanmış sübutlar əsasında Hümbət Nəbiyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Xəlil Əsgərova isə həmin Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işləri baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
20:54 / 13 Sentyabr 2026
13
20:45 / 13 Sentyabr 2026
53
20:41 / 13 Sentyabr 2026
32
20:36 / 13 Sentyabr 2026
137
20:10 / 13 Sentyabr 2026
644
19:25 / 13 Sentyabr 2026
210
19:22 / 13 Sentyabr 2026
93
19:14 / 13 Sentyabr 2026
156
19:08 / 13 Sentyabr 2026
401
18:55 / 13 Sentyabr 2026
66
18:38 / 13 Sentyabr 2026
515
18:33 / 13 Sentyabr 2026
84
18:32 / 13 Sentyabr 2026
75
18:31 / 13 Sentyabr 2026
59
18:25 / 13 Sentyabr 2026
94
18:25 / 13 Sentyabr 2026
11215
18:15 / 13 Sentyabr 2026
79
17:55 / 13 Sentyabr 2026
151
17:50 / 13 Sentyabr 2026
579
17:45 / 13 Sentyabr 2026
89
17:20 / 13 Sentyabr 2026
175
17:11 / 13 Sentyabr 2026
871
16:59 / 13 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.