İrandan Azərbaycana 65 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alınıb
14 Sentyabr 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
293
08.05.2024, 00:47
Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Sahil bağı” parkında “yox” cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub.
OXU24.COM xəbər verir ki, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə iclasında məlum olub ki, Sadıq 2017-ci ildən Şəki şəhərində Aytənlə (şərti ad) dostluq münasibətləri olub. 2021-ci ildə Aytən Azərbaycan Universitetinin Filologiya fakültəsinə daxil olduqdan sonra təhsil almaq üçün Bakı şəhərinə gəlib. Sadıq da Bakıda işləyib və mütəmadi onunla əlaqə saxlayıb, daha sonra evlənmək təklifini edib. Amma qız təklifə “yox” cavabı verib. Aytən Sadıqdan ona zəng etməməsini və axtarmamasını xahiş edib. Lakin oğlan ondan əl çəkməyib.
2023-cü ilin iyun ayında Şəki şəhərində olarkən Sadıq sosial şəbəkə vasitəsilə onunla əlaqə saxlayaraq, hədə-qorxu gəlib və qızın şəkillərini paylaşıb. Aytən Şəki şəhər Polis Şöbəsinə şikayət edib və bununla əlaqədar araşdırma aparılıb. Lakin Sadıq ondan əl çəkməyərək, mütəmadi qızla müxtəlif vasitələrlə əlaqə saxlayaraq onunla ailə həyatı qurmasa, onu öldürəcəyini deyib. Aytən 13 sentyabr 2023-cü il tarixdə Şəki şəhərindən Bakıya qayıdıb. 15 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində rəfiqəsi Aytacla birlikdə universitetdən çıxıb, metronun Sahil stansiyasına gedib. Onlar Nizami küçəsində sərgidə iştirak ediblər. Saat təxminən 14:15 radələrində rəfiqəsi Aytac metroya tərəf gedib, Aytən isə Sahil bağında skamyada oturub. Bundan bir neçə dəqiqə sonra Sadıq ona yaxınlaşıb, danışmağa başlayıb, “səni yaşamağa qoymayacağam, əl çəkməyəcəyəm, sən mənim olmalısan, əks təqdirdə səni öldürəcəyəm” deyib. Daha sonra Sadıq Aytənin kürəyindən, qolundan, belindən, boynundan və üzündən bıçaqla vurub.
Məhkəmənin qərarı ilə Sadıq Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum edilib.
13:00 / 14 Sentyabr 2026
1
12:56 / 14 Sentyabr 2026
15
12:40 / 14 Sentyabr 2026
32
12:39 / 14 Sentyabr 2026
33
12:35 / 14 Sentyabr 2026
218
12:19 / 14 Sentyabr 2026
47
12:15 / 14 Sentyabr 2026
44
12:13 / 14 Sentyabr 2026
46
12:05 / 14 Sentyabr 2026
57
12:04 / 14 Sentyabr 2026
140
11:50 / 14 Sentyabr 2026
53
11:50 / 14 Sentyabr 2026
51
11:45 / 14 Sentyabr 2026
55
11:37 / 14 Sentyabr 2026
614
11:35 / 14 Sentyabr 2026
54
11:31 / 14 Sentyabr 2026
58
11:12 / 14 Sentyabr 2026
69
11:07 / 14 Sentyabr 2026
73
10:57 / 14 Sentyabr 2026
563
10:56 / 14 Sentyabr 2026
61
10:47 / 14 Sentyabr 2026
296
10:46 / 14 Sentyabr 2026
64
10:41 / 14 Sentyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.