DTX-nin saxladığı “Çevik”i hansı cəza gözləyir?
14 Sentyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
332
01.05.2024, 23:40
Nərimanov Rayon Məhkəməsində vəkil Misir Şahquliyevin cinayət işi üzrə proses keçiriləcək.
Oxu24.com “qafqazinfo”ya istinadən xəbər verir ki, vəkilin işi üzrə toplanmış materiallar hakim Vüsal Qurbanovun icraatına verilib. Misir Şahquliyevə qarşı yekun olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan olunub.
Oxu24.com xəbər verir ki, Baş Prokurorluq cinayət məsuliyyətinə cəlb edilən vəkil Misir Şahquliyevlə bağlı məlumat yayıb: “Vəkillər Kollegiyasının üzvü Şahquliyev Misir Vidadi oğlunun qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Vəkillər Kollegiyasının iştirakı ilə araşdırma aparılıb. Araşdırma zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi qismində iştirak edən Misir Şahquliyevin öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə etməklə məhkəmə kollegiyasının qərarına qanunsuz təsir etmək imkanının olmasını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunması məqsədilə 15 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Misir Şahquliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib”.
Vəkillər Kollegiyası Rəyasət Heyəti isə vəkillə bağlı intizam icraatına başlamışdı.
02:04 / 15 Sentyabr 2026
100
00:04 / 15 Sentyabr 2026
197
23:50 / 14 Sentyabr 2026
195
23:31 / 14 Sentyabr 2026
76
23:13 / 14 Sentyabr 2026
110
22:51 / 14 Sentyabr 2026
263
22:40 / 14 Sentyabr 2026
110
22:25 / 14 Sentyabr 2026
241
22:16 / 14 Sentyabr 2026
101
22:13 / 14 Sentyabr 2026
283
22:03 / 14 Sentyabr 2026
106
21:59 / 14 Sentyabr 2026
197
21:48 / 14 Sentyabr 2026
75
21:39 / 14 Sentyabr 2026
72
21:33 / 14 Sentyabr 2026
87
21:28 / 14 Sentyabr 2026
99
21:11 / 14 Sentyabr 2026
99
20:58 / 14 Sentyabr 2026
1198
20:42 / 14 Sentyabr 2026
206
20:34 / 14 Sentyabr 2026
714
20:19 / 14 Sentyabr 2026
86
20:10 / 14 Sentyabr 2026
242
19:55 / 14 Sentyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.