Qaynar xətt:

(+99450) 247 90 86

9 yaşlı uşaq silahla oynayarkən əmisini öldürdü

9 yaşlı uşaq silahla oynayarkən əmisini öldürdü

KRİMİNAL

519

26.02.2024, 14:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə 9 yaşlı uşaq əmisini güllələyib.

OXU24.COM  xəbər verir ki, hadisə Konyada, Sultan Məsut rayonu, Beykoz küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş verib.

Ş.U. atası Kurtuluş U.-nun təmizləyib stolun üzərinə qoyduğu silahla oynamağa başlayıb.

Bu vaxt Ş.U.-nun təsadüfən toxunduğu tapançadan atəş açılıb və güllə otaqda dayısı İzzet U.-nun sinəsinə dəyib.

Hadisə yerinə polis və tibb qrupu ünvana göndərilib. İzzət U. sağlamlıq qrupunun bütün müdaxiləsinə baxmayaraq qurtarıla bilməyib.

9 yaşlı uşaq və atası ifadə üçün polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.