Bakıda marketdə qadını döyən şəxs həbs edilib
21 Sentyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
589
24.02.2024, 22:54
Ana yeniyetmə qızını 500 manata sataraq təcavüzə göz yumub - MƏHKƏMƏ İŞİ
Azərbaycanda qandonduran cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə, 14 yaşına çatmamış qızını 500 manata satan anaya və qadının bu təklifinə “hə” deyərək yeniyetməyə təcavüz edən şəxslərə hökm oxunub.
Həmçinin oxu: Zorlanan qadın çılpaq küçəyə qaçdı - ŞOK VİDEO
Hadisə 2020-ci ilin noyabrında baş verib.
Belə ki, bir neçə il əvvəl atası ölən yeniyetmənin anası İradə Məmmədova (ad-soyad şərtidir) özünün də intim münasibətdə olduğu tanışına 2007-ci il təvəllüdlü qızına seksual xarakterli zorakılıq hərəkətləri etməsini təklif edib. Qarşı tərəf 500 manat müqabilində bununla razılaşıb. Yeniyetmənin anası isə qızının evdən qaçmaması üçün evin giriş qapısını açarla kilidləyib və açarı özüylə götürüb.
Yeniyetmə 1994-cü il təvəllüdlü Namiq Sərdarova (ad-soyad şərtidir) qarşı çıxıb, amma anasının tanışı cibindən bıçaq çıxardaraq onu ölümlə hədələyib və çirkin əməlinə zorla nail olub.
Qadın bu təklifi, eyni zamanda özünün də intim münasibəti olduğu Novruz Əkbərov (ad-soyad şərtidir) adlı tanışına da edib və qızını satmaqla bağlı təklifinə müsbət cavab alıb. Nəticədə yeniyetmə qız bu dəfə anasının müşaiyəti ilə zorlanıb.
Yeniyetməyə qarşı təcavüz həm Namiq, həm də Novruz tərəfindən dəfələrlə təkrarlanıb. Hadisənin üstü isə qızın əmisi tərəfindən həkimə aparılmasından sonra açılıb.
Hökmə əsasən, qızını satan qadın 12 il, Namiq Sərdarov 12 il, Novruz Əkbərov isə 13 il azadlıqdan məhrum edilib. (Qafqazinfo)
17:25 / 21 Sentyabr 2026
1
17:23 / 21 Sentyabr 2026
4
17:00 / 21 Sentyabr 2026
26
16:44 / 21 Sentyabr 2026
314
16:40 / 21 Sentyabr 2026
36
16:34 / 21 Sentyabr 2026
44
16:30 / 21 Sentyabr 2026
45
16:27 / 21 Sentyabr 2026
36
16:19 / 21 Sentyabr 2026
48
16:01 / 21 Sentyabr 2026
405
15:48 / 21 Sentyabr 2026
63
15:47 / 21 Sentyabr 2026
62
15:45 / 21 Sentyabr 2026
53
15:45 / 21 Sentyabr 2026
52
15:20 / 21 Sentyabr 2026
55
15:05 / 21 Sentyabr 2026
66
15:00 / 21 Sentyabr 2026
79
14:59 / 21 Sentyabr 2026
55
14:40 / 21 Sentyabr 2026
60
14:30 / 21 Sentyabr 2026
182
14:15 / 21 Sentyabr 2026
345
14:05 / 21 Sentyabr 2026
68
13:57 / 21 Sentyabr 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.