Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə ata oğlunu budundan bıçaqladı

Gəncədə ata oğlunu budundan bıçaqladı

KRİMİNAL

1009

23.02.2024, 23:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə ailə münaqişəsi zamanı 12 yaşlı yeniyetmə xəsarət alıb.

"Report"un  məlumatına görə, hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü A.İ.-ova bud nahiyəsindən kəsici ailətlə xəsarət alıb. O, Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.

Yaxınlarının dediyinə görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb. Belə ki, o, mübahisə edən ata-anasını ayırmaq istəyərkən atası əlindəki bıçaqla ehtiyatsızlıqdan ona xəsarət yetirib.

Yaralının vəziyyəti qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxu: Evə gələndə arvadını başqa kişiylə tutdu, ikisini də öldürdü - ANBAAN VİDEO