Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda faciəli şəkildə ölən qadın görün kimdir

Bakıda faciəli şəkildə ölən qadın görün kimdir

KRİMİNAL

497

20.02.2024, 10:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Eldəniz Həsənov etibarnamə əsasında idarə etdiyi "Ford Transit minik" markalı avtomobillə həyətdə arxaya hərəkətdə olan zaman piyada 1959-cu il təvəllüdlü Məryəm Rzayevanı ehtiyatsızlıqdan vurub. Yaralı müxtəlif bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.