Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev fərman imzaladı

2018-12/1545751378_lham-eliyev-0-0-0.jpg

İQTİSADİYYAT

898

25.12.2018, 19:21

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Oxu24.com-un məlumatına görə, fərmanla Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının (bundan sonra – Şura) aşağıdakı tərkibi təsdiq edilib:
Şuranın sədri Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Şuranın üzvləri Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında təmsil olunacaq Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçiləri barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına təqdim etməlidir. Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.