Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67539
az

Ərzaq məhsulları satanların nəzərinə: Yeni qayda

21:3329 Mart, 2022
463
İQTİSADİYYAT
  • A

Ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalında yerləşdirəcəklər.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən isə “Elektron kənd təsərrüfatı” informasiya sistemində “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi yaradılır.

“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlərin həyata keçirilməsi təmin olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş