Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır
07 Noyabr 2026, 09:43
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
471
05.01.2022, 19:46
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasını hazırlayacaq.
Bu, Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılan Komissiyanın təklifləri əsasında birdəfəlik ödəmənin verilməsi qaydasının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Fərmanda nəzərdə tutulmuş ödənişlərin verilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsindən ilkin olaraq 50) milyon manat vəsait ayrılması ilə bağlı təkliflərini 10 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il fərmanına əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə veriləcək:
1.1. I dərəcə əlilliyə görə – 8 800 manat;
1.2. II dərəcə əlilliyə görə – 6 600 manat;
1.3. III dərəcə əlilliyə görə – 4 400 manat.
22:17 / 07 Noyabr 2026
1
22:07 / 07 Noyabr 2026
216
21:49 / 07 Noyabr 2026
193
21:47 / 07 Noyabr 2026
61
21:44 / 07 Noyabr 2026
49
21:37 / 07 Noyabr 2026
212
21:36 / 07 Noyabr 2026
67
21:33 / 07 Noyabr 2026
70
21:20 / 07 Noyabr 2026
69
21:18 / 07 Noyabr 2026
70
21:09 / 07 Noyabr 2026
79
21:03 / 07 Noyabr 2026
232
20:57 / 07 Noyabr 2026
92
20:54 / 07 Noyabr 2026
294
20:45 / 07 Noyabr 2026
244
20:38 / 07 Noyabr 2026
106
20:20 / 07 Noyabr 2026
2963
20:15 / 07 Noyabr 2026
139
20:10 / 07 Noyabr 2026
120
20:03 / 07 Noyabr 2026
95
19:58 / 07 Noyabr 2026
126
19:53 / 07 Noyabr 2026
4713
19:38 / 07 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.