Azərbaycan nefti ucuzlaşıb
11 Noyabr 2026, 09:56
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1212
23.08.2021, 12:30
Ölkənin aparıcı banklarından biri olan "Kapital Bank" müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir və bu dəfə şəhərin mərkəzində, Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən 28 May filialını korporativ standartlara uyğun təmir edərək müştərilərin istifadəsinə təqdim edib.
"Kapital Bank"ın növbəti strateji dövrdə əsas hədəfləri arasında ipoteka biznesinin və eləcə də KOS (kiçik və orta sahibkarlıq) biznesinin inkişaf etdirilməsi önəmli yer tutur. Odur ki, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi, strateji hədəflərin yerinə yetirilməsi, o cümlədən davamlı olaraq artan müştəri ehtiyaclarını yüksək səviyyədə qarşılamaq məqsədilə 28 May filialı yeni konsepsiyada təmir edilib, daha rahat və sürətli xidmət göstərilməsi üçün filialda xüsusi şərait yaradılıb. Əlavə olaraq filial fiziki şəxslərə də bəzi bank xidmətlərini göstərməyi davam edəcək.
Bu filialda əsas etibarı ilə ipoteka məhsullarının – dövlət ipotekası, MİDA, kommersiya ipotekasının satışı və bu seqmentdən olan müştərilərin digər bank ehtiyaclarını qarşılayacaq xidmətlər həyata keçiriləcək. Bankın son zamanlar müştəri istəklərinə əsaslanaraq hazırlanan kommersiya ipoteka məhsulundan yararlananları isə filialda əlavə üstünlüklər gözləyir.
Həmçinin bununla bərabər kiçik və orta sahibkarlara göstərilən xidmətlərin genişləndirilməsi və asanlaşdırılması baxımından 28 May filialında aparılan yenidənqurma işlərində uyğun şərait yaradılıb və bu seqment müştərilərə xidmət, filialın gələcək fəaliyyətində önəmli yerlərdən birini tutacaq. KOS müştərilərinə hesabların açılması, maliyyələşmə məhsulları, şəxsi menecerlə təmin olunma, habelə şirkət rəhbərləri və təsisçilər üçün nəzərdə tutulan məhsul və xidmətlər təklif olunacaq.
Qeyd edək ki, məhz bu seqmentdən olan ipoteka partnyorlarının xidmət almaları, eləcə də məhsullarını təklif etmələri üçün filialda xüsusi imkanlar yaradılıb. Vətəndaşların mənzil ehtiyaclarının qarşılanması üçün ipoteka partnyorları arasında əməkdaşlıq mühüm yer tutur və yeri gəlmişkən, Kapital Bank hal-hazırda ölkənin tikinti sahəsinin aparıcı 50 şirkəti ilə partnyorluq münasibətləri qurub və gələcəkdə bu sahədə fəaliyyətini genişləndirəcək.
Qeyd edək ki, "Kapital Bank" 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holding"a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
10:33 / 11 Noyabr 2026
13
10:19 / 11 Noyabr 2026
47
10:13 / 11 Noyabr 2026
46
10:10 / 11 Noyabr 2026
62
10:10 / 11 Noyabr 2026
141
10:09 / 11 Noyabr 2026
85
09:56 / 11 Noyabr 2026
62
09:37 / 11 Noyabr 2026
670
09:35 / 11 Noyabr 2026
94
09:29 / 11 Noyabr 2026
81
09:25 / 11 Noyabr 2026
86
09:24 / 11 Noyabr 2026
75
09:22 / 11 Noyabr 2026
107
09:20 / 11 Noyabr 2026
81
08:58 / 11 Noyabr 2026
136
08:53 / 11 Noyabr 2026
437
01:50 / 11 Noyabr 2026
379
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
23:59 / 10 Noyabr 2026
245
23:57 / 10 Noyabr 2026
300
23:55 / 10 Noyabr 2026
886
23:53 / 10 Noyabr 2026
310
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.