Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4688
az

Azərbaycanda daha bir yol çökdü - SƏBƏB

10:4523 Avqust, 2018
668
İQTİSADİYYAT
  • A
 Ötən gün axşam saatlarında Sumqayıtın 20-ci  məhəlləsi, Kamran Hüseynov küçəsində yol çöküb.

Oxu24.com xəbər verir ki, həmin istiqamətdə avtomobillərin hərəkəti dayanıb və alternativ yoldan istifadə edilir. Aidiyyəti qurumlar əraziyə baxış keçirib. Yolun çökməsinə kanalizasiya borusunun partlamasının səbəb olduğu məlum olub.

Sumqayıt Sukanal idarəsinin rəis müavini Qurban  Mikayılov Xeberle.com-a açıqlamasında bildirib ki, magistral yolun altından keçən və 1950-ci ildə istismara verilmiş və istismar müddətini keçmiş 600 millimetr diametrli kanalizasiya borusu partlayıb və bu da yolun dağılmasına gətirib çıxarıb:
 
"Bu boruların 30-35 il ömrü var. Deformasiyaya uğrayıb, bunlar  dəyişilməlidir. Ümumiyyətlə  şəhərdə belə çətinliklərimiz var. Bu küçədə bir neçə il bundan qabaq da yol çöküb.  Yaxın zamanda yaranan problem aradaqn qaldırılacaq və  avtomobillərin hərəkəti bərpa olunacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb