Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır
17 Noyabr 2026, 09:04
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1028
10.07.2020, 19:09
Bu gün mediada “AFB Bank” ASC -nin filiallarının birində kütləvi yoluxma olması və həmin filialın bağlanması barədə xəbər yayılıb.
Oxu24.com xəbər verir ki, bank bununla bağlı rəsmi xəbər yayaraq məlumatı təkzib edib.
Bankdan saytımıza verilən məlumata görə, “AFB Bank” ASC-nin bütün filialları fəaliyyətini davam etdirir.
Təəssüflər olsun ki, indiyə qədər ümumilikdə ayrı-ayrı dövrlərdə 2 əməkdaşımızda koronavirus infeksiyası aşkar olunmuşdur. Lakin, onların vəziyyətində ağırlaşma olmamışdır. Həmçinin yayılan xəbərdə öz əksini tapan bankın gündəlik iş rejiminin dəyişməsi və əməkdaşlar arasında mütəxəssis çatışmazlığı əsassız informasiyadır.
Məlumat üçün bildirilir ki, “AFB Bank” ASC-nin bütün filial və şöbələri fəaliyyətini və müştərilərə xidməti davam etdirir.
Hər zaman əməkdaş və müştərilərinin qayğısına qalan AFB Bankda Nazirlər Kabineti yanında Operativ Qərargahın "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı"na və nəzərdə tutulmuş tədbirlər, o cümlədən sosial məsafə, qapalı məkanda maskalardan istifadə, dezinfeksiya edici məhlullarla təmin edilmə və ofis ərazisinin müntəzəm dezinfeksiyası ilə bağlı zəruri tədbirlərə müntəzəm əməl edilmişdir. Həmçinin, əlavə tədbirlər kimi Bankın baş ofisinin əksər əməkdaşları məsafədən işlərini davam etdirirlər.
Hal-hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.
18:55 / 17 Noyabr 2026
13
18:50 / 17 Noyabr 2026
21
18:40 / 17 Noyabr 2026
100
18:38 / 17 Noyabr 2026
41
18:28 / 17 Noyabr 2026
63
18:21 / 17 Noyabr 2026
73
17:59 / 17 Noyabr 2026
86
17:49 / 17 Noyabr 2026
82
16:51 / 17 Noyabr 2026
108
16:34 / 17 Noyabr 2026
113
16:29 / 17 Noyabr 2026
109
16:21 / 17 Noyabr 2026
129
16:12 / 17 Noyabr 2026
108
15:57 / 17 Noyabr 2026
128
15:43 / 17 Noyabr 2026
147
15:12 / 17 Noyabr 2026
140
15:07 / 17 Noyabr 2026
141
14:52 / 17 Noyabr 2026
183
14:35 / 17 Noyabr 2026
186
14:15 / 17 Noyabr 2026
139
14:02 / 17 Noyabr 2026
173
13:57 / 17 Noyabr 2026
163
13:45 / 17 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.