Azərbaycanda kreditlərlə bağlı PİS XƏBƏR
11 May 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
645
10.06.2020, 12:33
Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun Kral Salman Humanitar Yardım və Dəstək Mərkəzinin Baş direktoru Abdulla Əl Rəbiahla birgə ünvanladığı məktuba cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yəmənə humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 25 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.
"Məlumat üçün bildirmək istərdik ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. 3,3 milyon məcburi köçkünü olan ölkədə əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır. Cari il ərzində Yəməndə humanitar ehtiyaclarının qarşılanması, o cümlədən COVID-19 pandemiyası ilə mübarizənin aparılması üçün 2 milyard ABŞ dolları həcmində vəsaitə ehtiyac duyulduğunu elan edən BMT müvafiq yardımın göstərilməsi üçün üzv dövlətlərə və beynəlxalq təşkilatlara çağırışlar edib", - deyə məlumatda qeyd olunub.
00:26 / 12 May 2026
1
00:06 / 12 May 2026
121
23:58 / 11 May 2026
108
23:54 / 11 May 2026
182
23:45 / 11 May 2026
180
23:43 / 11 May 2026
39
23:40 / 11 May 2026
40
23:32 / 11 May 2026
45
23:24 / 11 May 2026
57
23:17 / 11 May 2026
717
23:15 / 11 May 2026
140
23:14 / 11 May 2026
4214
23:11 / 11 May 2026
126
23:10 / 11 May 2026
64
23:06 / 11 May 2026
81
22:59 / 11 May 2026
236
22:59 / 11 May 2026
50
22:44 / 11 May 2026
383
22:43 / 11 May 2026
11830
22:34 / 11 May 2026
231
22:29 / 11 May 2026
232
22:23 / 11 May 2026
505
22:17 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.