Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2505
az

Sabah bu ərazilərdə qaz olmayacaq

23:2401 İyun, 2018
966
İQTİSADİYYAT
  • A
Sabah Bakının Yasamal və Xətai rayonlarının qaz təchizatında məhdudiyyət olacaq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, yeni çəlikmiş 500 mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və orta təzyiqli qaz xətti üzərində quraşdırılmış RDUK-200 tipli qaz tənzimləyici qurğunun yenisi ilə əvəzlənməsi ilə əlaqədar iyunun 9-da saat 09:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq. Görülən işlər zamanı Yasamal və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Uşaq bağçasından kombi oğurlandı