Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2308
az

208 adda mal və xidmət bahalaşıb

16:3728 May, 2018
876
İQTİSADİYYAT
  • A
 2018-ci ilin birinci rübündə inflyasiyanın hesablanması üçün istifadə olunan 520 adda mal və xidmətdən 170-nin qiyməti azalıb, 142-nin qiyməti isə dəyişməz qalıb. Nəticədə 208 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub.

Oxu24.com Mərkəzi Banka istinadən xəbər verir ki, 2018-ci ilin ilk rübündə orta aylıq inflyasiya 0.1%  olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.7% bəndi aşağıdır.

MB-dan bildirilir ki, dövr ərzində istehlak qiymətlərinin azalmasına təsir göstərən amillərdən biri gözləntilər olub. Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə edilib.

Belə ki, Mərkəzi Bank tərəfindən müntəzəm aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən 2018-ci ilin birinci rübü ərzində ticarət sektorunda növbəti 3 ay üzrə qiymət gözləntiləri mebel və avtomobil seqmentində azalıb, məişət avadanlıqları seqmentində isə artıb.

Xidmət sektorunda ümumi qiymət gözləntisi bütün sahələr üzrə azalıb. Azalma daha çox nəqliyyat, otelçilik və səhiyyə seqmentlərində özünü göstərib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiya artımları nə vaxt veriləcək?
Pensiya alanlara ŞAD XƏBƏR -Gələn ay artımla veriləcək
Azərbaycanda daha 500 nəfər İŞSİZ QALDI

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU