Maliyyə Nazirliyi açıqlama yaydı: Müddət uzadıldı
08 Aprel 2026, 14:44
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1491
06.12.2019, 10:13
Kapital Bank yenilənən Cəlilabad filialını istifadəyə verdi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Cəlilabad filialı, Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 121 ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Həmçinin oxuyun
Kapital Bank-ın Cəlilabad filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 50-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 25-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 10 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 5 yeni struktur bölmə (şöbə və filial) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
00:52 / 09 Aprel 2026
122
00:25 / 09 Aprel 2026
112
23:55 / 08 Aprel 2026
149
23:50 / 08 Aprel 2026
174
23:43 / 08 Aprel 2026
65
23:40 / 08 Aprel 2026
57
23:39 / 08 Aprel 2026
237
23:37 / 08 Aprel 2026
73
23:35 / 08 Aprel 2026
54
23:33 / 08 Aprel 2026
58
23:30 / 08 Aprel 2026
49
23:24 / 08 Aprel 2026
61
23:22 / 08 Aprel 2026
71
23:20 / 08 Aprel 2026
57
23:14 / 08 Aprel 2026
53
23:00 / 08 Aprel 2026
81
22:46 / 08 Aprel 2026
71
22:44 / 08 Aprel 2026
174
22:40 / 08 Aprel 2026
3394
22:34 / 08 Aprel 2026
64
22:28 / 08 Aprel 2026
127
22:25 / 08 Aprel 2026
2119
22:22 / 08 Aprel 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.