Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18993
az

Krediti olanlar MÜTLƏQ OXUSUN - Zamin probleminin HƏLLİ

16:4714 Oktyabr, 2019
880
İQTİSADİYYAT
  • A
 
Problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdə zaminlik məsələsi hələ də tam həllini tapmayıb.

Belə ki, kompensasiya pulu ödəyən zaminə yox, kredit götürən şəxsə qaytarılır. Məsələnin aktuallığını və redaksiyaya daxil olan şikayətləri nəzərə alaraq, yenidən mövzuya qayıtdıq.

Redaktor.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, günahkar Maliyyə Bazarlarına Nəzarət Palatasıdır:

"Aprel ayında Maliyyə Bazarlarına Nəzarət Palatası bu fərmanın icrası ilə bağlı qaydalar qəbul etdi. Palatanın səhvidir ki, həmin qaydalarda bu məsələ nəzərdə tutulmadı. Zamin ödəyibsə, pul zaminə qaytarılmalıdır”.

Hüquqşünas qeyd edib ki, son zamanlar məsələnin aktuallaşmasına baxmayaraq, Palata qaydaları dəyişmir:

“Necə varsa, qaydalar elə də saxlanılıb. Mövcud şəraitdə isə qanunvericilik Palatanın qaydaları daxil olmaqla, məsələni tənzimləmir. Buna görə də borcu ödəyən zaminlərin yalnız bir yolu var. Ödədikləri məbləği borc alandan tələb etmək, borc alan ödəməsə, məhkəməyə müraciət etməlidirlər”.

Ə. Həsənov həmçinin əlavə edib ki, hazırkı dönəmdə zaminlərin məhkəməyə müraciət etməsi ehtimalı azdır:

“Çünki burada zaminin qazanacağı böyük məbləğ olmur. Bu barədə iddia vermək üçün zaminlər hüquqi yardım almalı,vəkil  tapmalıdırlar. Buna görə də ən sərfəli yol vətəndaşlar Palataya müraciət etməlidirlər. Məsələ ilə bağlı isə banklara heç bir göstəriş verilməyib”.

Qeyd edək ki, problemli krediti olan vətəndaşlara kompensasiya ödənişi xeyli vaxtdır ki həyata keçirilir. Proses Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bu şirkət Azərbaycan bazarını tərk edir
Azərbaycan nefti bahalaşdı -Son qiymət
Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib