Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18643
az

Nazirdən pensiyaçılara ŞAD XƏBƏR

18:4304 Oktyabr, 2019
633
İQTİSADİYYAT
  • A
Oktyabrın sonuna qədər bütün təqüdçülər öz pensiyalarını müvafiq artımla alacaqlar.

Oxu24.com Trend-ə istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, bu il ərzində Azərbaycanda pensiyanın minimum məbləği 2 dəfə artıb: "İkinci mərhələ oktyabrın 1-dən qüvvəyə minərək məbləğ 200 manata çatdırılıb. Ümumilikdə minimum pensiya artımı bu il 72 faiz artımla səciyyələnib. Alıcılıq qabiliyyəti göstəricisi üzrə Azərbaycan minimum pensiya məbləğinə MDB məkanında birinci yerdədir".


S.Babayev qeyd edib ki, son artım 660 mindən çox pensiyaçını, yəni pensiyaçıların yarısından çoxunu əhatə edib: "Əlavə olaraq, əmək haqqının artması ilə əlaqədar xüsusi şərtlərlə təqaüdə çıxan 100 min vətəndaşın pensiyası da sentyabrın ayının sonundan etibarən artmağa başlayıb. Yəni ümumilikdə pensiya sahəsində ikinci sosial paketimiz 750 min vətəndaşı əhatə edib. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır".

Nazir bildirib ki, gələn il orta əmək haqqında 14-15 faiz artımın olacağı gözlənilir: "Bizim proqnozumuz 14-15 faiz ətrafındadır. İlin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bu, o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyalar bu məbləğdə indeksləşdiriləcək. Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq. Növbəti ilin əvvəlindən hər kəsin pensiyasında orta aylıq əməkhaqqının artımına uyğun olaraq, 14-15 faiz məbləğində daha bir artım olacaq". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sakinlərin DİQQƏTİNƏ: Bakının üç rayonunda qaz olmayacaq
Bu maşınlar kəskin BAHALAŞDI
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI -SİYAHI

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Oğlu öldürülən anaya verilişə çıxdığına görə- Xəbərdarlıq