Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18422
az

Elektrik enerjisinin limiti artırıla bilər? - Açıqlama

12:1429 Sentyabr, 2019
583
İQTİSADİYYAT
  • A
 Son günlər yenidən elektrik enerjisinin istifadəsi üçün limitinin artırılması məsələsi gündəmə gəlib.
İqtisadçı-ekspert Pərviz Heydərov Lent.az -a bildirib ki, hazırda bununla bağlı mövcud tariflərə daha diferensiallaşdırılmış şəkildə baxılması zərurəti yaranıb:

“Son dövrlərdə ölkənin elektroenergetika sahəsində çox böyük işlər görülür, investisiyalar yatırılır. Mövcud stansiyalar yenidən qurulur, yaxud yeniləri açılır. Prezident İlham Əliyev yaxınlarda Bakıda “Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi ilə bağlı mərasimdə iştirak etdi.

Hazırda bu sahədə görülən işlər əlavə vəsaitlər tələb edir və bunun müəyyən hissəsi kreditlər hesabına həyata keçirilir. Bu baxımdan stansiyalardan qazanc şəklində qısa müddətdə geriyə vəsaitin əldə edilməsi problemləri mövcuddur. Amma bununla belə, hesab edirəm ki, əhalinin orta təbəqəsi üçün elektrik enerjisi sahəsində mövcud limitin müəyyən dərəcədə artırılmasına ehtiyac var”.

İqtisadçı-ekspert əlavə edib ki, əgər limit artırılarsa, bu qərar ölkənin enerji balansı, istehlakı üçün ciddi fəsadlara, itkilərə səbəb ola bilməz.

Qeyd edək ki, hazırda əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olanlar üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Xatırladaq ki, Tarif Şurasının 2019-cu il aprelin 30-dakı qərarı ilə əhali üçün təbii qazın güzəştli tariflə illik istehlak limiti 1 700 kubmetrdən 2 200 kubmetrədək artırılıb. Bununla da bu il mayın 1-dən etibarən qüvvəyə minən qərara əsasən, ildə 2 200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanır. İstehlak olunan qazın 2 200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib