Neftimiz bahalaşdı
12 Noyabr 2026, 09:48
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
653
08.04.2026, 14:44
Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılması çərçivəsində imzalanmış müqavilənin müddəti 2026-cı ilin sonuna qədər uzadılıb.
Oxu24.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əməkdaşlıq, o cümlədən enerji sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
S.Babayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, əməkdaşlığın möhkəm hüquqi baza və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf etdiyini qeyd edib. O, bildirib ki, imzalanmış çoxsaylı sazişlər, Hökumətlərarası Komissiyanın və Strateji Tərəfdaşlıq Şurasının fəaliyyəti əlaqələrin genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Enerji sahəsində əməkdaşlığın əsas istiqamətlərinə toxunan nazir 2023-cü ildən Azərbaycan qazının Bolqarıstan–Serbiya interkonnektoru vasitəsilə Serbiyaya çatdırılmasının tərəfdaşlığın mühüm nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, bu çərçivədə imzalanmış müqavilə 2026-cı ilin sonunadək uzadılıb və hazırda qaz təchizatı həyata keçirilir.
D.Djedoviç iki ölkə arasında enerji sahəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin önəmini vurğulayıb. O, fevralda imzalanmış və Serbiyada qaz-turbin elektrik stansiyasının tikintisini nəzərdə tutan sazişin regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Görüş zamanı, həmçinin neft və neft məhsulları, elektrik enerjisi, eləcə də yaşıl enerji və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
16:21 / 12 Noyabr 2026
1
15:55 / 12 Noyabr 2026
61
15:36 / 12 Noyabr 2026
253
15:15 / 12 Noyabr 2026
51
15:12 / 12 Noyabr 2026
72
14:15 / 12 Noyabr 2026
124
14:04 / 12 Noyabr 2026
333
13:59 / 12 Noyabr 2026
294
13:55 / 12 Noyabr 2026
113
13:45 / 12 Noyabr 2026
202
13:36 / 12 Noyabr 2026
255
13:29 / 12 Noyabr 2026
119
13:21 / 12 Noyabr 2026
138
13:20 / 12 Noyabr 2026
161
13:18 / 12 Noyabr 2026
508
13:16 / 12 Noyabr 2026
166
13:07 / 12 Noyabr 2026
447
13:04 / 12 Noyabr 2026
113
13:00 / 12 Noyabr 2026
126
12:40 / 12 Noyabr 2026
134
12:25 / 12 Noyabr 2026
159
12:05 / 12 Noyabr 2026
152
11:55 / 12 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.