Maliyyə Nazirliyi açıqlama yaydı: Müddət uzadıldı
08 Aprel 2026, 14:44
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
19
07.04.2026, 12:50
"Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov sayca beşinci “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblərlə ilk görüşünü keçirib. Proqram çərçivəsində bu il Fərid Hüseynov müsabiqənin iki qalibinin – Fərid Mustafayev və Elnur Mirzəzadənin mentoru qismində çıxış edərək onların fərdi inkişaf planına dəstək verəcək.
Keçirilən tanışlıq görüşündə "Kapital Bank"ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva və həmin departamentin Təşkilati öyrənmə və istedadların inkişafı şöbəsinin müdiri Tükəzban Qasımova da iştirak ediblər. Görüş zamanı qaliblərin gələcək karyera hədəfləri, idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və qarşıdakı bir il ərzində həyata keçiriləcək birgə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və 5 mərhələdən ibarət olan “Yüksəliş” müsabiqəsinin beşinci mövsümündə 124 finalçı arasından ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb. Qaydalara əsasən, qaliblər idarəçi rəhbərlər (mentorlar) tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq pul mükafatı əldə edirlər.
Dördüncü mövsümün uğurlu yekunu
Daim gənc istedadların və peşəkar kadrların inkişafına töhfə verən Fərid Hüseynov, eyni zamanda Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə son görüşünü keçirərək bir illik fəaliyyəti yekunlaşdırıb.
Həmçinin oxuyun
Yekun görüşdə proqramın ümumi nəticələri müzakirə olunub, iştirakçının keçdiyi inkişaf yolu, əldə etdiyi bilik və idarəçilik təcrübələri qiymətləndirilib. Həmçinin, Elnur Abdullazadənin gələcək hədəfləri dinlənilib və qazanılmış təcrübənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, Fərid Hüseynov görüş haqqında təsüratlarını öz sosial media kanalında paylaşıb: “Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Elnur Abdullazadəni bu proqram çərçivəsində yaxından tanıdığıma və inkişafına şahidlik etdiyimə çox şadam. Mentorluq proqramı rəsmən bitsə də Elnurun hədəflərinə gedən yolda hələ qarşıda çox böyük uğurlar var. Əminəm ki, peşəkar müstəvidə hələ tez-tez görüşəcəyik. Yolun açıq olsun”.
Ölkənin birinci bankı "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
14:54 / 08 Aprel 2026
1
14:49 / 08 Aprel 2026
15
14:44 / 08 Aprel 2026
25
14:32 / 08 Aprel 2026
87
14:19 / 08 Aprel 2026
36
14:17 / 08 Aprel 2026
47
14:10 / 08 Aprel 2026
153
14:07 / 08 Aprel 2026
167
14:00 / 08 Aprel 2026
313
13:55 / 08 Aprel 2026
49
13:51 / 08 Aprel 2026
40
13:34 / 08 Aprel 2026
161
13:31 / 08 Aprel 2026
73
13:25 / 08 Aprel 2026
452
13:21 / 08 Aprel 2026
286
13:17 / 08 Aprel 2026
44
13:06 / 08 Aprel 2026
1067
13:04 / 08 Aprel 2026
59
13:00 / 08 Aprel 2026
67
12:58 / 08 Aprel 2026
65
12:52 / 08 Aprel 2026
54
12:42 / 08 Aprel 2026
79
12:36 / 08 Aprel 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.