Bu şəxslər vergi ödəməyəcək
19 Avqust 2026, 12:38
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
491
27.05.2025, 15:17
Ölkənin birinci bankı Kapital Bank Visa şirkətinin keçirdiyi qiymətləndirmədə 4 nominasiya üzrə mükafat qazanıb. Bu mükafatlar Kapital Bank-ın müxtəlif hədəf qruplarına yönəlik yenilikçi və funksional həllərinin uğurla tətbiq olunduğunu bir daha təsdiqləyir.
Tələbələr üçün nəzərdə tutulan “TələbəPlus” kartı həm gündəlik ehtiyacları qarşılayan, həm də endirim və üstünlüklər təqdim edən unikal bir məhsul kimi qiymətləndirilib. Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu layihə sayəsində tələbələr nəinki alış-veriş zamanı xüsusi güzəştlərdən yararlanır, həm də universitetlərə giriş-çıxış, təqaüd köçürmələri kimi funksiyaları bir kartda birləşdirən innovativ yanaşmadan faydalanırlar. Məhz bu çoxfunksiyalı və praktiki həllə görə layihə Visa tərəfindən “Launch of TələbəPlus” mükafatına layiq görülüb.
Qadın sahibkarlığının dəstəklənməsi məqsədi daşıyan She’s Next təşəbbüsü çərçivəsində bankın fəaliyyəti də yüksək qiymətləndirilib. Bank yerli qadın bizneslərinin inkişafına, onların maliyyə savadlılığının artırılmasına və davamlı dəstək göstərilməsinə verdiyi töhfəyə görə “Launch of She’s Next Project” mükafatı ilə təltif edilib.
Kapital Bank həmçinin əməkhaqqı layihələrinin rəqəmsallaşdırılması sahəsində təqdim etdiyi “Bir Ecosystem Salary” həlli ilə fərqlənərək, “Bir Ecosystem Salary” mükafatını qazanıb. Qeyd edək ki, bu layihə əməkhaqqı ödənişlərini daha şəffaf, sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradır.
Visa tərəfindən dəyərləndirilən digər uğurlu layihə isə fərdi müştərilər üçün təqdim olunan “Visa Infinite Miles Dark” kartı olub. “Launch of Visa Infinite Miles Dark” mükafatının qalibi olan kart istifadəçilərə ödəniş etdikcə millər toplamaq imkanı yaradır və həmin milləri yalnız aviabiletlərə deyil, həm də PASHA Travel vasitəsilə fast track xidmətləri, həmçinin viza dəstəyi, tur paketləri, avtomobil icarəsi, otel rezervasiyası və CIP/VIP zallarına giriş kimi müxtəlif səyahət məhsullarına dəyişmək imkanı təqdim edir. Bu yanaşma müştərilərə daha çevik və geniş səyahət təcrübəsi qazandırır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
17:59 / 19 Avqust 2026
39
17:50 / 19 Avqust 2026
41
17:32 / 19 Avqust 2026
48
17:12 / 19 Avqust 2026
64
16:49 / 19 Avqust 2026
66
16:38 / 19 Avqust 2026
63
16:19 / 19 Avqust 2026
70
15:59 / 19 Avqust 2026
73
15:56 / 19 Avqust 2026
58
15:54 / 19 Avqust 2026
91
15:45 / 19 Avqust 2026
74
15:36 / 19 Avqust 2026
93
15:30 / 19 Avqust 2026
77
15:11 / 19 Avqust 2026
84
15:10 / 19 Avqust 2026
74
14:50 / 19 Avqust 2026
73
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
93
14:30 / 19 Avqust 2026
88
14:24 / 19 Avqust 2026
72
14:18 / 19 Avqust 2026
233
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.