Qızıl neçəyə oldu?- Yeni qiymət
15 Dekabr 2025, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
449
26.04.2025, 09:00
"Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib. Nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib".
Oxu24.com xəbər verir ki bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.
O qeyd edib ki, fiskal qurum vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb.
"Nazirlik iki həftə öncə bir milyard manat həcmində sərbəst qalığı dörd sistem əhəmiyyətli bankda, üç ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi.
Bəs büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?
Əvvəlla, Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib. Belə ki, cəmi iki həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək. Çünki depozit gəlirlərində 7.04 faizədək azalma var. Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən bir milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır.
Həmçinin oxuyun
İkincisi, mühüm məqamlardan biri depozit hərraclarda yerləşən bankların sayı ilə bağlıdır. Bu dəfə bankların sayı "1" ədəd artaraq dörddən beşə çatıb. Bu, heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı beş olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb. Aydındır ki, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan deyil. Çünki bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yarada bilər.
Ümumiyyətlə, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar "yaxşı" və "pis oğlanlar" (good and bad guys) kimi qruplaşdırılmır. Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur. Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq, "böyüklük ilə az risklik" arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir.
Üçüncüsü, Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır. Çünki son aylar depozit faizlərində kəskin artımlar müşahidə olunurdu. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər: hətta bu fiskal məqsəd olmasa da belə.
Son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə bağlı yeni yanaşma nümayiş etdirilir. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır" - deputat əlavə edib.
15:17 / 15 Dekabr 2025
9
15:00 / 15 Dekabr 2025
71
14:53 / 15 Dekabr 2025
482
14:48 / 15 Dekabr 2025
32
14:39 / 15 Dekabr 2025
42
14:19 / 15 Dekabr 2025
359
14:13 / 15 Dekabr 2025
178
14:11 / 15 Dekabr 2025
46
13:00 / 15 Dekabr 2025
702
12:42 / 15 Dekabr 2025
957
12:36 / 15 Dekabr 2025
55
11:45 / 15 Dekabr 2025
115
11:43 / 15 Dekabr 2025
64
11:11 / 15 Dekabr 2025
126
10:38 / 15 Dekabr 2025
253
10:34 / 15 Dekabr 2025
70
10:30 / 15 Dekabr 2025
77
10:15 / 15 Dekabr 2025
79
10:04 / 15 Dekabr 2025
101
09:43 / 15 Dekabr 2025
822
09:40 / 15 Dekabr 2025
72
09:38 / 15 Dekabr 2025
89
09:36 / 15 Dekabr 2025
85
09:11 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.